featured-image-64254

“Bavariya”nın hücumçusu Leroy Saneyə Səudiyyə Ərəbistanından təklif var.

Msport.az xəbər verir ki, “Əl-İttihad” 29 yaşlı futbolçunun transferində maraqlıdır.

Ərəblər Almaniya millisinin üzvünə astronomik məbləğdə maaş təklif etməyə hazırlaşır. Lakin Sanenin hazırkı əsas prioriteti Səudiyyə Ərəbistanına keçid deyil. Ulduz futbolçu “Bavariya”da qalmağı hələlik üstün tutur.

“Bavariya” isə Saneyə illik 15 milyon avro dəyərində 3 illik yeni müqavilə təklif etməyi planlaşdırır.

Bənzər xəbərlər