featured-image-25723

PSJ-nin hücumçusu Lionel Messi Liqa-1-in 26-cı turunda “Renn”lə oyunda (0:2) azarkeşər tərəfindən fitə basılıb.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı futbolçunun “Barselona”dan sabiq komanda yoldaşı Serji  Roberto Leonun buna layiq olmadığını deyib:

“Başa düşmürəm, bu necə ola bilər. O, Parisdə yaxşı mövsümlər keçirib, çoxlu qollar vurub, məhsuldar ötürmələr verib. Onu Çempionlar Liqasından kənarda qalmağa görə günahlandırırlar. Messi yaxş başa düşür ki, o səviyyədə olan futbolçulara həmişə münasibət fərqli olur.

Ümid edirəm ki, Leo “Barsa”ya qayıdacaq. Biz hamımız onu gözləyirik”

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər