featured-image-74101

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Qarabağ” klubunu Çempionlar Liqasının oyununda qələbə münasibəti ilə təbrik edib.

Msport.az xəbər verir ki, dövlət başçısı hakimin ədalətsiz qərarlarını xüsusi ilə qeyd edib:

“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”

Bənzər xəbərlər