Unai Emeri ilə yeni müqavilə imzalandı
“Aston Villa” baş məşqçisi Unai Emeri ilə yeni müqavilə imzalayıb.
Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadıb.
Qeyd edək ki, U.Emeri 2022-ci ildən İngiltərə klubunu çalışdırır. Onun rəhbərliyi altında “Aston Villa” Premyer Liqada 66 xalla 4-cü pillədə qərarlaşıb.