featured-image-28572

“Mançester Siti”nin futbolçusu Kayl Uoker karyerasına İtaliya A Seriyasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, 32 yaşlı müdafiəçiylə “Milan” klubu yaxından maraqlanır. Uoker cari mövsüm MS-də əsas heyətdəki yerini itirdiyinə görə klubunu dəyişməyə müsbət yanaşır. Milan təmsilçisi 2024-cü ilin yayında müqaviləsi bitəcək futbolçunu bu yay heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Uoker cari mövsüm ərzində 27 oyunda iştirak edib. Onun bazar qiyməti 25 milyon avro dəyərindədir.

Royal Türksoy

Bənzər xəbərlər