featured-image-59910

Kayl Uoker “Mançester Siti”nin “Brentford”la səfər oyununa yollanmayıb. Msport.az xəbər verir ki, bu komandalar İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində yanvarın 14-də üz-üzə gələcəklər.

34 yaşlı müdafiəçi Xosep Qvardiolanın çalışdırdığı komandanı tərk etmək niyyətindədir. Bu səbəbdən də o, komanda ilə birgə səfər matçına getməyib.

İngiltərə millisinin üzvü karyerasını “Milan”da davam etdirə bilər. İtaliya təmsilçisindən başqa, Səudiyyə Ərəbistanı klubları da Uokerin transferində maraqlıdırlar.

Bənzər xəbərlər