Uoker “Milan”a keçməyə razılıq verdi
“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker “Milan”a keçidi ilə bağlı ilkin razılıq verib. Msport.az xəbər verir ki, insayder Fabritsio Romano bu barədə paylaşım edib.
Mənbənin sözlərinə görə, yaxın 1-2 gün ərzində transferlə bağlı son detallar müzakirə olunacaq. Uokerin İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilə qədər olsa da, o, “şəhərlilər”lə anlaşmasını vaxtından əvvəl pozub “Milan”a azad agent kimi keçmək istəyir.
34 yaşlı futbolçu 2017-ci ildən “Siti”nin şərəfini qoruyur.