featured-image-31138

“Sportinq”in uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarte PSJ-də tibbi baxışdan keçib. Msport.az xəbər verir ki, futbolçu Paris klubu ilə rəsmi müqaviləyə imza atacaq.

Anlaşmanın müddəti 5 il olacaq. PSJ bu transferə görə 60 milyon avro ödəyəcək.

Futbolçunun “Çelsi”yə də keçmək variantı olsa da, parislilər daha sərfəli müqavilə təklif ediblər.

Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Uqarte ötən mövsüm “Sportinq”də 47 matçda 1 məhsuldar ötürmə verib.

O, Lissabon təmsilçisində 2021-ci ilin yayından çıxış edir. Uqarte Portuqaliya millisində 8 oyun keçirib.

ANAR 

Bənzər xəbərlər