"Uşaqlıqdan bu klubda oynamaq istəyirdim" - Nikolo Zanyolo
Ötən mövsümü “Qalatasaray”da keçirən Nikolo Zanyolo bildirib ki, “Yuventus”da oynamağı arzulayır.
Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, İtaliya millisinin üzvünün İstanbul təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi var.
“Çempionlar Liqası var, ya yox, bu heç nəyi dəyişmir. “Yuventus” mənim arzumdir. Mən uşaqlıqdan bu klubda oynamaq istəyirdim. Mənim kumirim Poqbadır”.
23 yaşlı futbolçunun müqaviləsində sərbəst qalma məbləği 35 milyon avrodur.
KİV-də “Milan”ın yarımmüdafiəçiyə maraq göstərməsi barədə xəbərlər yayılmışdı. “Rossoneri” Zanyolonu yay transfer pəncərəsində heyətlərinə qatmaq istəyirlər.
ANAR







