featured-image-23511

“Qarabağ”dan “Sent Etyen”ə transfer olunan İbrahima Vadji Fransa Liqa-2-də 5-ci qolunu vurub. Msport.az xəbər verir ki, “Sent Etyen” 24-cü turda “Nim” klubuna səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Start heyətində meydana çıxan seneqallı futbolçu 51-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu qələbədən sonra xallarının sayını 27-ə çatdıran “yaşıllar” 15-ci pilləyə yüksəliblər.

Vadji cari mövsümdə 17 oyunda 5 dəfə fərqlənib. Xatırladaq ki, 27 yaşlı forvard ötən ilin avqustunda “Qarabağ”dan Fransa klubuna 1,6 milyon avroya transfer olmuşdu.

AYXAN 

Bənzər xəbərlər