"Valensiya" azarkeşləri ayağa qalxdılar - Klubun sahibinə qarşı aksiyalar davam edir
“Valensiya” azarkeşləri klubun sahibi “Meriton Holdings” şirkətinin rəhbəri sinqapurlu Piter Lima qarşı etirazlarını davam etdirirlər. Msport.az xəbər verir ki, dünən fanatlar “Atletik Bilbao” ilə oyundan öncə “Mestalya” stadionunun qarşısında aksiya keçiriblər.
Onlar stadionun girişinin qarşısında “ya mübarizə apar, ya da öl” şüarları səsləndiriblər. Oyunun başlamasından bir saat əvvəl arenaya gələn azarkeşlər 19-cu dəqiqəyə kimi (“Valensiya”nın yaranma ili 1919) stadiona daxil olmayıblar və klub rəhbərliyinə öz etirazlarını bildiriblər.
Dünənki aksiyada 15 minə yaxın azarkeşin iştirak etdiyi deyilir.
“Valensiya” İspaniya çempionatının 21-ci tutu çərçivəsində “Atletik”ə 1:2 hesabı ilə uduzub. “Yarasalar” artıq 18-ci pilləyə düşüblər və təhlükəli zonadadırlar.
ANAR ABDULLAYEV







