“Valensiya”dan “Milan”a keçir
“Valensiya”nın futbolçusu Yunus Musa karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, ABŞ millisinin üzvüylə “Milan” maraqlanır. Klublar artıq mümkün transferlə bağlı danışıqlara başlayıb. La Liqa təmsilçisi Musanı 20 milyon avroya satmağa hazırdı.
Qeyd edək ki, Yunus Musa ötən mövsüm ərzində 37 matçda iştirak edib və 2 assistlə fərqlənib.
Royal Türksoy







