featured-image-28783

İspaniya La Liqasında 31-ci tura yekun vurulub. Msport.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Valensiya” evdə “Valyadolid”ə, “Vilyarreal” isə “Espanyol”a qalib gəlib. “Sevilya” da səfərdə “Atletik” üzərində qələbəyə sevinib.

Hazırda 76 xala malik “Barselona” vahid liderdir. “Real” 65 xalla ikinci, “Atletiko” 63 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad” 55, “Vilyarreal” 50 xal toplayıb.

İspaniya La Liqası
31-ci tur
25 aprel

Kadis – Osasuna 0:1
Qol: R.Qarsiya, 62.

Jirona – Real 4:2
Qol: Kastelyanos, 12; 24; 46; 62 – V.Junior, 34. Lukas, 85.

Betis – Real Sosyedad 0:0

26 aprel

Atletiko – Malyorka 3:1
Qol: De Paul, 45+2. Morata, 47. Karrasko, 77 – Nastasiç, 20.

Xetafe – Almeriya 1:2
Qol: Mayoral, 71 – L.Suares, 7; 58.

Selta – Elçe 1:0
Qol: Aydo, 90.

Rayo Valyekano – Barselona 2:1
Qol: A.Qarsiya, 19. F.Qarsiya, 53 – Levandovski, 83.

27 aprel

Valensiya – Valyadolid 2:1
Qol: Diakabi, 50. Querra, 90+3 – Larin, 6.

Vilyarreal – Espanyol 4:2
Qol: Kapue, 53; 90+2. Parexo, 63. Cekson, 80 – Puado, 45. Xoselu, 73.

Atletik – Sevilya 0:1
Qol: Okampos, 90+1.

Bənzər xəbərlər