“Valensiya” futbolçularından qeyri-adi addım
Bu mövsüm İspaniya La Liqasında uğursuz çıxış edən “Valensiya” futbolçuları azarkeşlərlə barışmaq üçün maraqlı addıma əl atıblar. Msport.az xəbər verir ki, “yarasalar” son 6 səfər oyununda qol buraxmadan məğlub olublar.
“Valensiya” 28-ci tur çərçivəsində aprelin 9-da “Almeriya”nın qonağı olacaq. Futbolçular səfər matçına yollanacaq azarkeşlərin xərclərini öz üzərilərinə götürüblər.
Qeyd edək ki, 26 oyundan 26 xal toplayan Ruben Baraxanın rəhbərlik etdiyi komanda təhlükəli zonadadır. “Valensiya” 20 klub arasında 18-ci yeri tutur.
ANAR







