“Valensiya”nın yeni baş məşqçisinin adı açıqlandı
“Valensiya”nın yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra komandanı Ruben Baraxa çalışdıracaq.
47 yaşlı mütəxəssisin müqaviləsinin hansı müddəti əhatə etməsinə dair məlumat verilmir.
Baraxa 2000-2010-cu illər ərzində “Valensiya”nın formasını geyinib. O, futbolçu kimi “yarasalar”ın heyətində iki dəfə İspaniya çempionu olub. Bundan başqa, UEFA kubokunu, Avropa Superkubokunu, İspaniya kubokunu da qazanıb. Həmçinin Çempionlar Liqasında final oynayıb.
Baraxa “Valensiya”dan əvvəl “Elçe”, “Rayo Valekano”, “Sportinq Xixon”, “Tenerife” və “Saraqosa” klublarını çalışdırıb.
Xatırladaq ki, 21 turdan sonra “Valensiya” 20 xalla 18-ci yeri tutur.
ANAR ABDULLAYEV







