featured-image-26961

İspaniya La Liqasında 27-ci tura yekun vurulub. Msport.az xəbər verir ki, turun son oyununda “Valensiya” və “Rayo Valyekano” klubları qarşılaşıblar. Oyun bərabərliklə başa çatıb – 1:1.  “Yarasalar” 27 xalla 17-ci yeri tutur və liqada qalmaq uğrunda mübarizə aparırlar.

Turnir cədvəlinə 71 xala malik “Barselona” başçılıq edir.  “Real”ı 59 xalla ikinci, “Atletiko” isə 54 xalla üçüncüdür. “Real Sosyedad” 48, “Betis” 45, “Vilyarreal” 44 xal toplayıb.

İspaniya La Liqası
27-ci tur
31 mart

Malyorka – Osasuna 0:0

1 aprel

Jirona – Espanyol 2:1
Qol: A.Martines, 53. Stuani, 88-pen – Breytueyt, 74.

Atletik – Xetafe 0:0

Kadis – Sevilya 0:2
Qol: Okampos, 51. En Nesiri, 74.

Elçe – Barselona 0:4
Qol: Levandovski, 20; 66. Fati, 56. F.Torres, 70

2 aprel

Selta – Almeriya 2:2
Qol: Seferoviç, 10. K.Peres, 42 – Babiç, 7. Puyqmal, 32.

Real – Valyadolid 6:0
Qol: Rodriqo, 22. Benzema, 29; 32; 36. Asensio, 73. Lukas, 90+1.

Vilyarreal – Real Sosyedad 2:0
Qol: Parexo, 77. Cekson, 81.

Atletiko – Betis 1:0
Qol: A.Korrea, 86.

3 aprel

Valensiya – Rayo Valyekano 1:1
Qol: Kluyvert, 82-pen – Komesana, 9.

Bənzər xəbərlər