featured-image-44434

İspaniya La Liqasının 27-ci turunun “Valensiya” – “Real” oyunu qalmaqalla yekunlaşıb – 2:2. Matçın 99-cu dəqiqəsində Cud Bellingem “Valensiya”nın qapısına yol tapsa da, hakim Xesus Xil Mansano bu qolu qeydə almayıb. Top havada olarkən referi final fitini səsləndirib. Madrid klubunun üzvləri hakimin qərarını ciddi etirazla qarşılayıblar. Hətta Bellingem Mansanonu təhqir edib.

COPE nəşrinin jurnalisti Arança Rodriqes sosial şəbəkə hesabında qalmaqallı oyunun protokolunun fotosunu yerləşdirib. Məlum olub ki, hakim Bellingemin onu təhqir etməsini protokola yazmayıb: “99-cu dəqiqədə 5 nömrəli oyunçu (Bellingem) meydandan bu səbəbə görə qovulub: “Oyun başa çatdıqdan sonra o, meydanda aqressiv formada mənə tərəf qaçaraq, bir neçə dəfə “bu lənətə gəlmiş qol idi” deyə qışqırdı”.

Qeyd edək ki, həmin insidentə görə, hakim Bellingemə qırmızı vərəqə göstərib.

Bənzər xəbərlər