"Valensiya" stadionda tum satışını qadağan edəcək - Siçovullara görə
“Valensiya” müvəqqəti olaraq ev oyunları zamanı stadionda günəbaxan tumlarının satışını qadağan edəcək.
Msport.az “Marca” nəşrinə istinadən xəbər verir ki, buna səbəb siçovulların arenaya basqın etməsidir.
Matçlardan əvvəl tum alan azarkeşlərdən bütün qabıqları özləri ilə gətirdikləri çantalara atmaları tələb olunacaq.
Qeyd edək ki, “Valensiya” La Liqada 2022/2023 mövsümünü turnir cədvəlinin 16-cı pilləsində başa vurub.







