“Valensiya” türkiyəli müdafiəçiylə gücləndi
“Valensiya” klubu türkiyəli müdafiəçi Cenk Özkaçarı transfer edib.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu “Lion”dan La Liqa klubuna keçib. O, ötən mövsüm icarə əsasında “yarasalar”ın heyətində çıxış edib. Özkaçarla 2028-ci ilin yayınadək müqavilə bağlanılıb.
Qeyd edək ki, Cenk son mövsüm La Liqada 17 matçda iştirak edib.
Royal Türksoy







