featured-image-27404

“Vilyarreal”ın futbolçusu Aleks Baena “Real”ın yarımmüdafiəçisi Federiko Valverdeni təhqir etmədiyini deyib. Msport.az xəbər verir ki, 21 yaşlı oyunçu bununla bağlı tviterdə paylaşım edib:

“Santyaqo Bernabeu”  kimi stadionda komandamızın parlaq qələbəsindən çox sevincliyəm. Amma eyni zamanda oyundan sonra məruz qaldığım aqressiyaya görə, məyusam və haqqımda danışılanlara təəccüb edirəm. Mənim barədə deyilənlər tamamilə yalandır”.

“Real” – “Vilyarreal” matçından sonra Valverde dayanacaqda Baenanın üzünə zərbə endirib. Deyilənə görə, Baena oyun ərzində Valverdeni ailəsi ilə bağlı təhqir edib. Aleksin polisə müraciət edə biləcəyi deyilir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər