featured-image-29497

Niderland futbolunun əfsanəsi, 1988-ci ilin Avropa çempionu Mako van Basten Lionel Messinin Səudiyyə Ərəbistanı klubuna mümkün transferinə münasibət bildirib.

Msport.az “Marca”ya istinadən xəbər verir kİ, 3 dəfə “Qızıl topu” qazanmış ötənlərin məşhur futbolçusu Messinin Avropanı tərk etməməli olduğunu düşünür:

“Başa düşmürəm, Səudiyyə Ərəbistanında çox pul qazanmaq üçün niyə oynayasan ki? Əgər əvvəl kifayət qədər pul qazanmısansa. Məncə, bu bir bədbəxtlikdir.

Messi sevdiyi işlə məşğul olmalıdır. Mesi özü özünün rəisi olmalıdır”.

Qeyd edək ki, iyunda PSJ ilə müqaviləsi başa çatacaq Argentina yığmasının üzvünə Səudiyyə Ərəbistanı klubları fantastik şərtlərlə müqavilə təklif edirlər.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər