featured-image-17430

Şotlandiyanın “Reyncers” klubu baş məşqçisi Covanni van Bronkhorstla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Reyncers”i çalışdırırdı. Komanda cari mövsümün 15 turundan sonra 33 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Van Bronkhorst daha əvvəl “Feyenoord” və “Quançjou” kimi klublarda çalışıb.

Bənzər xəbərlər