Van de Bek La Liqaya keçə bilər
“Mançester Yunayted”in futbolçusu Donni van de Bek klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Real Sosyedad”ın maraq dairəsinə düşüb. La Liqa təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün “qırmızı şeytanlar”a rəsmi təklif göndərib. Donninin özü klubunu dəyişməyə müsbət yanaşır.
Van de Bek 2020-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur. O, son mövsüm ərzində cəmi 10 matçda forma geyinib.
Royal Türksoy







