featured-image-30746

“Ayaks”ın baş direktoru Edvin van der Sar postunu tərk edib. Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ötənlərin məşhur qapıçısı iyunun 1-də öz səlahiyyətlərini Direktorlar Şurasına verəcək.

Müşahidə Şurası ondan avqustun 1-ə kimi işinin başında qalmasını xahiş edib.

Van der Sar 2012-ci ilin noyabrından Amsterdam klubunun Direktorlar Şurasında idi. 2016-cı ilin noyabrında o, baş direktor vəzifəsinə keçib. Onun”Ayaks”la müqaviləsi 2025-ci ilin iyununa kimi idi.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər