featured-image-30453

PSV baş məşqçisi Rud van Nistelroyla yollarını ayırıb.

Msport.az xəbər verir ki, niderlandlı mütəxəssis klubdan ayrıldığını çərşənbə günü futbolçulara və məşqçilərə açıqlayıb. Komandaya son turdaki “AZ Alkmaar”la oyunda Fred Rutten başçılıq edəcək.

46 yaşlı hollandiyalı mövsümün əvvəlindən PSV-ni çalışdırır. Onun rəhbərliyi altında Eyndhoven təmsilçisi Niderland kubokunu və superkubokunu qazanıb. PSV hazırda Niderland Erediviziyasında 33-cü turdan sonra 72 xalla 2-ci pillədə qərarlaşıb.

Royal Türksoy

Bənzər xəbərlər