Van Qaal millidən getdi
Niderland milli komandasının baş məşqçisi Lui van Qaal Argentina ilə matçdan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki. 71 yaşlı mütəxəssis vəzifəsindən gedəcəyini deyib. Mətbuat konfransında danışan təcrübəli məşqçi Argentina ilə görüşün onun millidəki son oyunu olduğunu deyib.
Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində Argentinaya penaltilər seriyasında məğlub olaraq mundialda mübarizəni dayandırıb.
Qeyd edək ki, van Qaal 2021-ci ilin avqust ayından “narıncılar”a rəhbərlik edirdi.







