"Van Qal özünü diktator kimi aparırdı" - Luka Toni
“Bayern Münhen”in sabiq futbolçusu Luka Toni 2009-2011-ci illərdə komandanı çalışdırmış Lui van Qaal haqqında xatirələrini bölüşüb. Msport.az xəbər verir ki, italiyalı veteran məşqçinin dözülməz xarakteri olduğunu deyib:
“Onun çox pis xasiyyəti var və futbolçulara yanaşması doğru deyil. Öz yaxın ətrafında olan niderlandlılardan başqa, qalan hamı ilə özünü diktator kimi aparır. Bir dəfə komandaya dedi ki, “sizin mənim kimi topunuz yoxdur” və tumanını çıxardı. Amma onun yekə qarnı olduğundan “toplarını” görə bilmədik”.
Xatırladaq ki, Toni 2007-2010-cu illərdə Münhen təmsilçisinin formasını geyinib.