featured-image-23479

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara növbəti dəfə onların münasibətlərindən danışıb.

Msport.az “xəbər verir ki, məşhur model və futbol agenti ilə İkardi tez-tez dalaşıb, barışırlar:

“Biz artıq 10 ilə yaxındır ki, evliyik. Bu mənim üçün xoşbəxtlikdir, onun üçün isə bilmirəm. Ümid edirəm ki, həyatımızın sonuna kimi belə olacaq”.

Xatırladaq ki, İkardi bu yaxınlarda Vandanı “Spartak”ın futbolçusu Keyta Balde ilə ona xəyanət etməkdə günahlandırmışdı. Onların Dubayda görüşdükləri deyilirdi. Balde ilə İkardi 2018-2019-cu illər mövsümündə “İnter”də çıxış ediblər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər