featured-image-29439

UEFA-nın sabiq prezidenti, Fransa futbolunun əfsanəsi Mişel Platini VAR sisteminin əleyhinə çıxıb.

Msport.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu VAR gəldikdən sonra hakimlərin arxa plana keçdiyini bildirib:

“VAR tətbiq olunandan hər toxunuş qayda pozuntusu kimi qiymətləndirilir. Hakimlər epizodu meydanda dəyərləndirməlidirlər, monitor qabağında yox. Məndən olsa, ancaq oyundankənar vəziyyət və qol üçün bunu tətbiq edərdim.

VAR hakimləri öldürür, onlar əvvəlkindən daha az görünürlər. Blatterə bir neçə il əvvəl dedim ki, artıq geriyə yol yoxdur. Axırda biz futbolun ilk illərindəki kimi hakimlərsiz oynamalı olacağıq”.

ANAR

Bənzər xəbərlər