featured-image-40179

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) növbəti iclasında video köməkçi hakimlərin (VAR) səlahiyyətlərinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.

Msport.az “The Times” qəzetinə istinadən xəbər verir ki, müzakirələrdə cərimə zərbələri, künc zərbələri və ikinci sarı vərəqələrə VAR-ın müdaxiləsi nəzərdə tutulub.

Hazırda VAR protokoluna əsasən, videoassistentlər ancaq oyundankənar vəziyyət, penaltinin təyin edilməsi və ya edilməməsi, birbaşa qırmızı vərəqələrin verilməsi hallarında matça müdaxilə edə bilərlər.

IFAB-ın iclası noyabrın 28-də Londonda keçiriləcək. VAR səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qərar qurumun 2024-cü ilin martına planlaşdırılan illik toplantısına qədər verilməyəcək.

Bənzər xəbərlər