VAR qaydaları dəyişdirilir
VAR sisteminin tətbiqi ilə bağlı futbol qaydalarında mümkün dəyişikliklər gündəmdədir.
Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sisteminin səlahiyyətlərini genişləndirə bilər.
VAR hakimlərinə ikinci sarı vərəqə epizodlarına və yanlış təyin olunmuş künc zərbələrinə müdaxilə etmək icazəsi verilə bilər. VAR sistemi ilə bağlı qayda dəyişiklikləri artıq futbolun ali idarəetmə orqanlarında müzakirə olunub. Lakin dəyişikliklərin qüvvəyə minməsi üçün gələn ilin martında keçiriləcək illik IFAB iclasında təsdiqlənməsi tələb olunur. Yeni qaydalar təsdiqlənəcəyi təqdirdə, iyunun 1-dən – futbol üzrə dünya çempionatından əvvəl qüvvəyə minəcək.
Eyni zamanda, penalti qaydalarında da dəyişiklik edilə bilər. Yeni təklifə əsasən, əgər qapıçı penalti zərbəsini dəf edərsə, epizod bitmiş sayılacaq və hücum edən komanda topu təkrar zərbə ilə qapıya göndərə bilməyəcək.