Varan İtaliya klubunda
Fransa millisinin sabiq futbolçusu Rafael Varan karyerasını İtaliyada davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, 31 yaşlı müdafiəçi “Komo”ya keçəcək. Artıq tərəflər müqavilə ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Varan ötən mövsüm “Mançester Yunayted”in heyətində 32 oyun keçirib və bir qolla yadda qalıb.