featured-image-64127

“Lester Siti”nin hücumçusu Ceymi Vardi komandasının uğursuz mövsüm keçirməsini şərh edib.

Msport.az xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqanı tərk etdikləri üçün azarkeşlərdən üzr istəyib.

“Nə deyəcəyimi bilmirəm. Bu mövsümlə bağlı qəzəbimi və kədərimi sözlər ifadə edə bilməz. Bəhanəyə yer yoxdur, uğursuz olduq. Gizlənməyin mənası yoxdur.

Mən uzun müddətdir ki, bu klubda oynayıram və çoxlu eniş-yoxuşlar yaşamışam, lakin bu mövsüm tamamilə məyus oldum. Bu vəziyyətdən çox utanıram və üzr istəyirəm ki, siz də bütün bunları yaşadınız.

Azarkeşlərdən üzr istəyirəm. Biz lazımi səviyyədə oynamadıq. Təəssüf ki, mövsümü belə bərbad performansla başa vurduq”, – Vardi sosial şəbəkədə yazıb.

Bənzər xəbərlər