Vay könlü pivə istəyənlərin halına - Qətərdə bakalı 11,21 funt sterlinqə olacaq!
Qətər dünya çempionatınıda iştirak edəcək ölkələr arasında pivənin ən baha satılacağı yer olacaq.
Msport.az “Marca”ya istinadən xəbər verir ki, Betting.com saytı mundiala vəsiqə qazanmış 32 ölkədə pivənin qiymətlərini təhlil edib. Bunun üçün barlarda və restoranlarda pivənin bir bakalının orta qiyməti müəyyənləşdirilib.
Mundialı qəbul edəcək Qətərin paytaxtı Doha pivənin ən baha satıldığı şəhərdir. Orda bir pivənin qiyməti 11,21 funt sterlinqdir – 21, 44 manat.
Portuqaliyanın paytaxtı Lissabon Avropa ölkələri arasında ən ucuz pivə satıldığı şəhərdir – 1,76 funt sterlinq (3,36 manat).
Dünya çempionatında iştirak edəcək pivənin qiymətlərinin baha olduğu 10 ölkə:
- Qətər Doha – 11,21 funt sterlinq
- ABŞ Vaşinqton – 6,58
- İsveçrə Sürix – 6,57
- İngiltərə London – 6,00
- Danimarka Kopenhagen – 5,90
- Avstraliya Kanberra – 5,39
- Fransa Paris – 5,27
- Niderland Amsterdam – 4,83
- Kanada Ottava – 4,59
- Belçika Brüssel – 4,39
Mundialda iştirak edəcək ölkələr arasında pivənin qiymətinin ucuz olduğu 10 yer
- Qana 0,60
- İran 0,88
- Kamerun 0,92
- Tunis 1,08
- Braziliya 1,33
- Səudiyyə Ərəbistanı 1,40
- Serbiya 1, 48
- Argentina 1,54
- Seneqal 1,65
- Meksika 1,67
Pivənin ucuz satıldığı 5 Avropa şəhəri
- Portuqaliya Lissabon – 1,76
- Serbiya Belqrad – 1,87
- Xorvatiya Zaqreb – 2,10
- Polşa Varşava – 2,53
- İspaniya Madrid – 3, 17
Ötən ay dünya çempionatının təşkilatçıları fan zonalarda və stadionlarda pivə satışının qaydalarını müəyyənləşdiriblər. Qeyd edək ki, Qətərdə pivəni yalnız otellərin restoranlarında və xüsusi barlarda almaq mümkündür. Digər yerlərdə spirtli içki satışı qanunla qadağandır.