featured-image-26492

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Mançester Yunayted”dən keçmiş həmkarı Ser Aleks Ferqyussonla birlikdə İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil olması haqqında danışıb.

Msport.az xəbər verir ki, hazırda FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri vəzifəsində çalışan 74 yaşlı mütəxəssis BBC-yə müsahibəsində Ferqyussonla bu nailiyyəti bölüşməyin böyük şərəf olduğunu bildiirb:

“Biz dəli kimi döyüşən və bütün məsafəni birlikdə qət edən iki boksçu kimi idik. Bir-birimizə böyük hörmətimiz var. Şöhrət Zalına daxil olmağımız onunla görüşmək, bir şüşə yaxşı şərab içmək və köhnə döyüşlərimizi xatırlamaq üçün əla fürsət olacaq”.

Qeyd edək ki, Ferqyusson 13 dəfə “Mançester Yunayted”lə, Venger isə 3 dəfə “Arsenal”la ölkə çempionu olub.

Bənzər xəbərlər