Vernidubun müqaviləsindəki xüsusi şərtlər nədir?
“Neftçi”nin baş məşqçisi Yuri Vernidubla bağlanan müqaviləyə xüsusi bənd əlavə olunub.
Msport.az xəbər verir ki, bu barədə TaToTake” yutub kanalı məlumat yayıb. Müqaviləyə əsasən, “ağ-qaralar” Rusiya klubları ilə yoldaşlıq oyunları keçirə bilməz.
Eyni zamanda, paytaxt klubuna rusiyalı futbolçuların transferi də qadağan edilib.
Qeyd olunur ki, bu şərtlər məhz Vernidubun tələbi ilə müqavilədə yer alıb. Ukraynalı mütəxəssis bu mövqeyi ilə Rusiyaya qarşı prinsipial yanaşmasını bir daha ortaya qoyub.







