featured-image-29445

PSJ-nin futbolçusu Marko Verratti yayda klubunu dəyişəcək.

Msport.az xəbər verir ki, 30 yaşlı futbolçuyla İngiltərə və İtaliya klubları maraqlanır. İtaliya millisinin üzvünün agentiylə əlaqə yaradan yeganə klub isə “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq Verratti və Kazemironu birgə oynadaraq ideal dayaq yarımmüdafiəsi qurmaq fikrindədir.

Qeyd edək ki, Marko Verratti 2012-ci ildən PSJ-də çıxış edir.

Royal Türksoy

Bənzər xəbərlər