Verratti Səudiyyə Ərəbistanı klublarının hədəfində
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Msport.az xəbər verir ki, italiyalı futbolçuya “Əl-Hilal” və “Əl-Əhli” ciddi maraq göstərir.
Verrattinin özü “Əl-Hilal”a keçməyə meyllidir.
PSJ 30 yaşlı futbolçusunu 60 milyon avroya satmağa razılaşa bilər.
Qeyd edək ki, Verratti 2012-ci ilin yayından PSJ-də çıxış edir. Onun hesabında 416 oyun, 11 qol və 61 məhsuldar ötürmə var. Onun Paris klubuyla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Royal Türksoy







