Verrattinin “Əl-Əhli”yə transferi baş tutmaya bilər
“Əl-Əhli” PSJ ilə Marko Verrattinin transferində razılığa gələ bilmir.
Msport.az jurnalist Matteo Morettoya istinadən xəbər verir ki, tərəflər arasında qiymət anlaşılmazlığı var. Belə ki, Paris klubu italyan üçün təxminən 80 milyon avro tələb etsə də, “Əl-Əhli” cəmi 30 milyon avro təklif etməyə hazırdır.
Hazırda Verrattinin mövsümü PSJ-də başlayacağı ehtimalı çoxalır.
Xatırladaq ki, daha əvvəl “Əl-Əhli”nin 30 yaşlı futbolçuya illik 48 milyon avro maaşla 3 illik müqavilə təklif etdiyi bildirilirdi.
Royal Türksoy







