Verrattinin yeni klubu bilindi
İtaliya millisi ilə Avropa çempionu olmuş Marko Verrattinin yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi Qətərin “Əl-Duhail” komandasına keçib.
Onun müqaviləsinin müddəti açıqlanmayıb. Verratti 2023-cü ildən Qətərdə “Əl-Ərəbi”nin formasını geyinib. O, 2012-2023-cü illlər aralığında PSJ-də 9 dəfə Fransa çempionu olub.
Təcrübəli futbolçu 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionluğunu qazanıb.