“Vest Hem” 40 yaşlı futbolçu ilə müqavilə bağladı
“Vest Hem” 40 yaşlı qapıçı Lukas Fabianski ilə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, polşalı qolkiper mövsümün sonunadək İngiltərə klubunun şərəfini qoruyacaq.
Bu, təcrbəli futbolçunun “çəkicdöyənlər”in düşərgəsinə ikinci qayıdışıdır. O, 2018-ci ilin yayından “Vest Hem”də çıxış edirdi. İyulun 1-də Fabianskinin müqaviləsinin müddəti başa çatdığından o, komandanı tərk etmişdi. Lkin “Vest Hem” yenidən polşalı əlcək sahibini qaytarmağı məqsədə uyğun sayıb.