featured-image-33419

“Vest Hem” öz rəsmi saytında Deklan Raysın klubdan ayrılmasını təsdiqləyib. Msport.az xəbər verir ki, yarımmüdafiəçi Britaniya üçün rekord qiymətə satılıb.

Dəqiq rəqəm yazılmasa da, əvvəlki rekord “Aston Villa”dan “Mançester Siti”yə 117,5 milyon avroya keçən Cek Qrilişə məxsus idi.

24 yaşlı Rays “Çelsi”nin yetirməsi sayılsa da, o, 14 yaşından “Vest Hem”in akademiyasında idi.

Yarımmüdafiəçi ümumilikdə “Vest Hem”in heyətində 245 oyunda 15 qol vurub və 13 məhsuldar ötürmə verib.

Rays adıçəkilən klubla UEFA Konfrans Liqasını qazanıb.

Qeyd edək ki “Arsenal”ın Raysa görə 122 milyon avro ödəyəcəyi barədə məlumat yayılıb.

ANAR

 

 

Bənzər xəbərlər