“Vest Hem” gələn mövsüm Fonsekanı gətirmək istəyir
“Vest Hem” rəhbərliyi gələn mövsüm baş məşqçi postuna Paulu Fonsekanı dəvət etmək istəyir.
Msport.az “The Guardian”a istinadən xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda 2019-cu ildən komandaya rəhbərlik edən Devid Moyeslə yollarını ayıracaq.
Cari çempionatda uğursuz çıxış edən London klubu 15-ci yeri tutur və təhlükəli zondadan cəmi 4 xal aralıdır.
Fonseka hazırda Fransa çempionatında 5-ci pillədə gedən “Lill”i çalışdırır. Portuqaliyalı mütəxəssis əvəllər “Portu”, “Pasuş de Ferreyra”, “Braqa, “Roma” və “Şaxtyor”da işləyib.
Fonseka 2013-cü ildə “Portu” ilə Portuqaliya Superkubokunun sahibi olub. 2016-cı ildə isə o, “Braqa”ya Portuqaliya kubokunu qazandırıb.
ANAR







