“Vest Hem”in kapitanına 60 milyonluq təklif
“Vest Hem”in kapitanı Carrod Bouen Premyer Liqada klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, “Tottenhem” İngiltərə millisinin üzvünü transfer etmək istəyir.
London təmsilçisi gələn ilin yayıda 28 yaşlı vinger üçün onun klubuna 60 milyon funt-sterlinq təklif edəcək.
Qeyd edək ki, “Vest Hem” Carrod Boueni 2020-ci ilin yanvar ayında “Hall Siti”dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm “çəkicdöyənlər”in heyətində keçirdiyi 10 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.







