“Vest Hem” “İnter”in təklifini geri çevirdi
“İnter” “Vest Hem”in hücumçusu Canluka Skamakkanı heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, “neradzurri”lər futbolçu üçün 20 milyon avro təklif etsə də, londonlular bundan imtina ediblər. “Vest Hem” 24 yaşlı italiyalını 30 milyon avroya sata biləyəcini qarşı tərəfə bildirib.
Futbolçunun özü “İnter”ə keçməyə müsbət yanaşır.
Qeyd edək ki, Skamakka ötən yaydan “Vest Hem”də çıxış edir. O, son mövsüm ərzində meydana çıxdığı 27 oyunda 8 qol vurub.
Royal Türksoy







