“Vest Hem” Kudusu transfer etdi
“Vest Hem” heyətini yeni futbolçuyla gücləndirib.
Msport.az xəbər verir ki, London təmsilçisi “Ayaks”dan Məhəmməd Kudusu transfer edib. 23 yaşlı futbolçu yeni klubuyla 5 illik müqavilə bağlayıb. Kudus “Vest Hem”də 14 nömrəli formanı geyinəcək. Amsterdam təmsilçisi bu keçiddən 43 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, Kudus 2020-ci ildən “Ayaks”da çıxış edirdi. O, bu mövsüm 3 oyunda forma geyinib, 4 qol və 1 assistlə yadda qalıb.
Royal Türksoy