“Vest Hem” “Mançester Siti”nin təklifini geri çevirdi
“Vest Hem” “Mançester Siti”nin Lukas Paketa üçün etdiyi 70 milyon funt-sterlinqlik təklifini rədd edib.
Msport.az xəbər verir ki, London təmsilçisi braziliyalı yarımmüdafiəçini 85 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq fikrində deyil. Paketanın özü “şəhərlilər”in oyunçusu olmağa müsbət yanaşır.
Paketa 2022-ci ilin yayında “Lyon”dan “Vest Hem”ə keçib. O, ötən mövsüm 43 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı 25 yaşlı futbolçunu 45 milyon avroya qiymətləndirir. Onun “Vest Hem”lə 2027-ci ilin yayına qədər müqaviləsi var.
Royal Türksoy







