“Vest Hem” Maquayr transferində razılıq əldə etdi
“Vest Hem” “Mançester Yunayted”lə Harri Maquayrın transferini razılaşdırıb.
Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, London təmsilçisi 30 yaşlı müdafiəçi üçün “qırmızı şeytanlar”a 35 milyon avro ödəyəcək.
“Vest Hem” yaxın günlərdə futbolçunun özü ilə müqavilə şərtlərini müzakirə etmək üçün danışıqlara başlayacaq.
Qeyd edək k, Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Royal Türksoy







