featured-image-44741

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 40 yaşından sonra ən çox qol vuran oyunçuların siyahısını dərc edib.

Msport.az xəbər verir ki, buraya 40 yaşı tamam olduqdan sonra ən azı 17 qol vuran 10 futbolçu daxil edilib.

Mütləq rekord Aleksandar Duriçə məxsusdur. Sinqapurlu veteran 113 qola imza atıb.

Qeyd edək ki, “onluq”da iki futbolçu – Rodriqo Tabata və Roke Santa Kruz karyerasını davam etdirir.

1. Aleksandar Duriç (Sinqapur) – 113
2. Xose Sand (Argentina) – 44
3. Romario (Braziliya) – 40
4. Deyan Damyanoviç (Monteneqro) – 34
5. Kristian Qonzales (İndoneziya) – 32
6. Rodriqo Tabata (Qətər) – 31
7. Sebastyan Abreu (Uruqvay) – 20
8. Roke Santa Kruz (Paraqvay) – 19
9. Karlos Sausedo (Boliviviya) – 19
10. Tulio Maravilya (Braziliya) – 17

Bənzər xəbərlər