featured-image-20015

İtaliya millisinin və “Yuventus”un sabiq hücumçusu Canluka Vialli bu gün 58 yaşında vəfat edib.

Msport.az xəbər verir ki, əfsanəvi futbolçu uzun müddət idi ki, xərçəngdən əziyyət çəkirdi.

Sabiq futbolçu uzun müddət xəstəliklə mübarizə aparsa da, Milad bayramı ərəfəsində onun durumu daha da pisləşib. Vialli son günlərini xəstəxanada keçirib.

Vialli İtaliya yığmasının heyətində 59 oyun keçirib. O, “Yuventus”la Çempionlar Liqasını qazanıb. Vialli “Çelsi”nin heyətində Kuboklar kubokunu, həmçinin İngiltərə kubokunun sahibi olub.

 

Bənzər xəbərlər